Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
🎓 MƏZUN 2026 🎓 Bu gün təkcə məzuniyyət günü deyil, zəhmətin, əzmin və uğurun təntənəsidir.

🎓 MƏZUN 2026 🎓 Bu gün təkcə məzuniyyət günü deyil, zəhmətin, əzmin və uğurun təntənəsidir.
MƏZUN 2026
Bu gün təkcə məzuniyyət günü deyil, zəhmətin, əzmin və uğurun təntənəsidir.
UNEC nəzdində Qida Sənayesi Kolleci ailəsinin bütün məzunlarını səmimi qəlbdən təbrik edir, hər birinə gələcək həyat və peşə fəaliyyətində yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.
Xəyallarınız sizi daim daha böyük zirvələrə aparsın!
Bu unudulmaz gündən ən gözəl anları sizinlə bölüşürük.
#Məzun2026 #UNEC #QidaSənayesiKolleci #Graduation #MəzunGünü #GələcəyəAddım #UğuraDoğru
UNEC nəzdində Qida Sənayesi Kollecində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Dəyirmi masa” keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Dəyirmi masa” keçirilib
UNEC nəzdində Qida Sənayesi Kollecində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Dəyirmi masa” keçirilib
28 aprel 2026-cı il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq “Təhlükəsiz və sağlam iş mühiti əməyin təməl prinsipidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirin əsas məqsədi iş yerlərində istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, eləcə də bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsindən ibarət olmuşdur.
Dəyirmi masa çərçivəsində əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsiz iş mühitinin yaradılması və bu istiqamətdə görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda iş şəraitinin daha da optimallaşdırılmasına dair təkliflər dinlənilmiş, gələcək fəaliyyət planı müəyyən edilmişdir.
“Təhlükəsizlik qaydalarına əməl etmək seçim deyil, məsuliyyətdir!”
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Novruz bayramı münasibətilə təşkil olunmuş möhtəşəm şənlikdən görüntülər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Novruz bayramı münasibətilə təşkil olunmuş möhtəşəm şənlikdən görüntülər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Novruz bayramı münasibətilə təşkil olunmuş möhtəşəm şənlikdən görüntülər.
Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir

Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir
Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib
Qida Sənayesi Kollecində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilib.
Bu çərçivədə Qida Sənayesi Kollecində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya üzrə Baş inzibatçısı Əfqan Mehdiyev tərəfindən “Davamlılıq, dayanıqlılıq və inklüzivlik: qlobal şəhərlərdən nümunələr və beynəlxalq standartlar” mövzusunda ətraflı məlumat verib.
Maarifləndirici tədbir zamanı iştirakçılara qlobal şəhər inkişafı konsepsiyaları, dayanıqlı şəhərsalma prinsipləri, inklüziv şəhərsalma inkişaf modelləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verilib. Həmçinin, dünyanın müxtəlif şəhərlərində tətbiq edilən uğurlu şəhərsalma inkişaf nümunələri təqdim olunaraq, şəhər mühitinin daha dayanıqlı və inklüziv şəkildə formalaşdırılması istiqamətində aparılan beynəlxalq təcrübələr müzakirə edilib.
Tədbirin əsas məqsədi tələbələr və akademik heyət arasında WUF13-ün əhəmiyyəti, dayanıqlı şəhər inkişafı prinsipləri barədə məlumatlılığın artırılması və gənclərin qlobal şəhərsalma inkişaf prosesləri ilə tanışlığının təmin edilməsidir.
Qeyd edək ki, WUF13 – Ümumdünya Şəhərsalma Forumu şəhərlərin dayanıqlı inkişafı sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olmaqla, şəhərsalma ilə bağlı mövzuların müzakirəsi, innovativ həllərin təqdim olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qida Sənayesi Kolleci gələcəkdə də bu istiqamətdə maarifləndirici və elmi-praktik tədbirlərin keçirilməsini davam etdirəcəkdir.
#qidakoleci #wuf13
UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.
UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd qadınların intellektual bacarıqlarını nümayiş etdirmək, kollektiv arasında mehribanlıq və dostluq mühitini daha da möhkəmləndirmək olub. Yarış iştirakçıları böyük maraq və həvəslə mübarizə apararaq öz məntiqi düşünmə və strateji bacarıqlarını nümayiş etdiriblə
"Həmkarlar İttifaqı Təqaüdü"nə layiq görülüb

"Həmkarlar İttifaqı Təqaüdü"nə layiq görülüb
UNEC nəzdində Qida Sənayesi Kollecinin 2 fəal tələbəsi Soltanova Mehri və Abdullayeva Lalə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi "Həmkarlar İttifaqı Təqaüdü"nə layiq görülüb.
Gənclərimizə təhsil yollarında yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq! Hər birinizlə qürur duyuruq!
#Təhsil #TələbəUğuru #Həmkarlarİttifaqı #Gənclər
UNEC nəzdində Qida Sənayesi Kollecində 5 Mart – Bədən tərbiyəsi və idman günü münasibətilə kişilər arasında dama yarışı keçirilib.

UNEC nəzdində Qida Sənayesi Kollecində 5 Mart – Bədən tərbiyəsi və idman günü münasibətilə kişilər arasında dama yarışı keçirilib.
UNEC nəzdində Qida Sənayesi Kollecində 5 Mart – Bədən tərbiyəsi və idman günü münasibətilə kişilər arasında dama yarışı keçirilib. ♟️
Yarışın keçirilməsində məqsəd iştirakçıların məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və idmana marağı artırmaq olub. İştirakçılar böyük həvəslə yarışaraq öz strateji bacarıqlarını nümayiş etdiriblər.
Sonda fərqlənən iştirakçılar müəyyən olunaraq təltif edilib və xatirə şəkilləri çəkdirilib.
1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir

1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir
“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda kollecdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
27 fevral 2026-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, ekoloji risklərin düzgün qiymətləndirilməsi və operativ idarə olunması sahəsində maarifləndirmənin gücləndirilməsi olmuşdur.
Tədbirdə kollecin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri, mülki müdafiənin qərargah rəisi İsmayıl Məmmədov, fövqəladə hallar komissiyasının sədri Oktay Salayev, Mülki Müdafiə üzrə mühəndis Ülviyyə Həşimova, eləcə də kollecin pedaqoji və inzibati heyəti iştirak etmişdir.
Xocalı soyqırımı ilə əlaqədar maarifləndirici dərs

Xocalı soyqırımı ilə əlaqədar maarifləndirici dərs
Xocalı soyqırımı ilə əlaqədar maarifləndirici dərs zamanı faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilmiş, gənc nəslə bu qanlı tarixin unudulmaması və milli yaddaşın qorunmasının vacibliyi aşılanmışdır.
20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biridir. Bu qanlı hadisə xalqımızın sarsılmaz iradəsini, vətənpərvərlik ruhunu və milli birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Bu tarixi günün mahiyyətinin dərindən öyrənilməsi, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənc nəsildə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbir zamanı 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti müzakirə olunmuş, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi vurğulanmışdır.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anılmış, onların əziz ruhu qarşısında bir dəqiqəlik sükut elan edilmişdir.


